Keçmiş NBA oyunçusu Donçiç barədə tənqidi danışdı

İdman

27.02.2026 10:46

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) keçmiş oyunçusu Ceyson Uilyams “Los Anceles Leykers”in hücumçusu Luka Donçiçin komandasını çempionluğa apara biləcəyinə şübhə ilə yanaşır. 

TodayPress TV xəbər verir ki, o bu barədə “First Take” verilişində bildirib.

Uilyams hesab edir ki, sloveniyalı basketbolçunun meydandakı davranışı və statistikaya diqqət yetirməsi onun liderlik bacarıqlarına mənfi təsir göstərir.

“Lukanı indiyə qədər gördüyüm ən istedadlı basketbolçulardan biri hesab edirəm. Bununla belə, düşünürəm ki, onun pis vərdişləri var. Onun oyuna təsiri statistika ilə uyğun gəlmir. Bəli, rəqəmlər dəlicəsinədir, amma bunun qalib gəlməyə gətirib-gətirmədiyini bilmirəm... Donçiçin hər oyunda hakimlərə qışqırdığını və hətta müdafiəyə belə qayıtmadığını görəndə, onu insanların əvvəllər dediyi lider hesab etmək olarmı, bilmirəm. Lukanın pis vərdişləri var”, - deyə Uilyams bildirib.

Namiq HUN

TodayPress TV

tag: NBA,Ceyson Uilyams,Los Anceles Leykers,Luka Donçiç,Todaypress.tv,