Karraher: İdeal deyil, amma təhlükəlidir
İdman
24.02.2026 09:43
İngiltərə millisinin və “Liverpul” klubunun sabiq futbolçusu Ceymi Karraher “Arsenal”ın isveçli hücumçusu Viktor Dyökereşin səviyyəsini dəyərləndirib.
TodayPress TV xəbər verir ki, o, bu barədə “The Touchline”a açıqlamasında deyib.
Karraher bildirib ki, Dyökeresi dünya səviyyəli hücumçu hesab etmir və onu növbəti beş il üçün “Arsenal”ın ideal forvardı kimi görmür:
“Düşünmürəm ki, Dyökeres dünya səviyyəli hücumçudur və ya qarşıdakı beş ildə “Arsenal” üçün ideal forvard olacaq. Amma onun mentaliteti mənim çox xoşuma gəlir. Onda zərrə qədər də tərəddüd yoxdur – topu alır və qol vurur. Bu baxımdan onda Alan Şirerə xas bir xüsusiyyət var – münasibət və özünə inam”, – deyə Karraher bildirib.
Qeyd edək ki, cari mövsümdə hücumçunun aktivində 15 qol və 2 məhsuldar ötürmə var. “Qol+pas” sistemi üzrə 17 xalla Dyökereş hazırkı mövsümdə “Arsenal”ın ən məhsuldar oyunçusudur.
Namiq HUN
tag: Ceymi Karraher,Viktor Dyökereş,Liverpul,Arsenal,Todaypress.tv,
