Karlo Pinsolyo Turin klubunda davam edəcək

Karlo Pinsolyo Turin klubunda davam edəcək
26.02.2026 17:34 İdman

“Yuventus” klubu qapıçısı Karlo Pinsolyo ilə müqavilənin müddətini uzadıb.

TodayPress TV klubun rəsmi saytına istinadən xəbər verir ki, 35 yaşlı qolkiper yeni sözləşməyə əsasən 2027-ci ilin yayına qədər Turin təmsilçisinin formasını geyinəcək.

Karlo Pinsolyo “Yuventus” akademiyasının yetirməsidir. O, 2010-cu ildən əsas komandanın heyətində yer alır. Qapıçı karyerası ərzində əsasən müxtəlif klublarda icarə əsasında çıxış edib.

Pinsolyo “qoca sinyora”nın heyətində indiyədək cəmi 6 rəsmi matça çıxıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər