Kannavaro ümidlidir: “Püşkdə hər şey mümkündür”
İdman
06.12.2025 11:30
Özbəkistan yığma komandasının baş məşqçisi Fabio Kannavaro DÇ-2026-nın püşkünü dəyərləndirib.
TodayPress TV xəbər verir ki, italiyalı mütəxəssis millinin düşdüyü qrupu müsbət qiymətləndirib.
“Bu, dünya çempionatıdır. Belə turnirdə hər bir rəqib güclüdür. Portuqaliya da, Kolumbiya da öz tarixi, oyun üslubu və güclü futbolçuları ilə fərqlənir. Bizim üçün bu qarşılaşmalar əvəzolunmaz təcrübə və gözəl anlar olacaq”.
Fabio Kannavaro mundialda iştirakın özbəkistanlı futbolçular üçün əla təcrübə fürsəti olacağını deyib:
“Püşkdə hər şey mümkündür. Bu, futboldur. Burada olmağımıza və Özbəkistan bayrağı altında çıxış etmək imkanına sahib olduğumuza görə çox sevinirik”.
Qeyd edək ki, Özbəkistan yığma komandası mundialın K qrupunda Portuqaliya və Kolumbiya ilə yanaşı, Qitələrarası Pley-off Yolu 1-in (Yeni Kaledoniya/Yamayka/Konqo Demokratik Respublikası) qalibi ilə qarşılaşacaq.
Namiq HUN
tag: DÇ,2026,Özbəkistan,Futbol,Todaypress.tv,
