“Kağız üzərində mükəmməldirlər!” – Durant “Filadelfiya”nın sirrini açdı

“Kağız üzərində mükəmməldirlər!” – Durant “Filadelfiya”nın sirrini açdı
02.09.2026 12:17 İdman

ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) 37 yaşlı ulduzu, ikiqat çempion, “Hyuston Rokets” klubunun forvardı Kevin Durant yeni mövsümdə “Filadelfiya”nı nə üçün çempionluğa iddialı hesab etdiyini izah edib.

TodayPress TV xəbər verir ki, o, bu barədə “Basketball Network” portalına danışıb. 

“Anlamaq lazımdır ki, onların güclü oyunçu heyətindən başqa çempionluq yaşamış və heyət toplamağı bacaran məşqçisi, eləcə də “Qolden Steyt”də bizimlə birgə çempion olmuş və sülalə qurmağı bilən baş meneceri və front-ofisi var. Odur ki, indi, yalnız kağız üzərində baxsaq, onların çempion olmaq üçün bütün komponentləri mövcuddur. Lakin, təbii ki, oyunlar keçirmək, hər bir oyunçunun zədələnməməsinə ümid etmək və sair lazımdır. Bununla belə, mənə elə gəlir ki, hər şeyi həll etmək üçün onların kifayət qədər basketbol zəkası var”, — deyə Durant bildirib. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
02 SENTYABR 2026
Bütün Xəbərlər