İstirahət bitdi, iş vaxtıdır: "Şəfa" yeni zəfərlər üçün iş başındadır!

İstirahət bitdi, iş vaxtıdır: "Şəfa" yeni zəfərlər üçün iş başındadır!
23.09.2026 16:14 İdman

Beynəlxalq fasilə ilə əlaqədar İspaniya və digər milli çempionatlarda olduğu kimi, Azərbaycan Premyer Liqasının debütantı "Şəfa" futbol klubunun da hazırlıq planı bəlli olub.

TodayPress TV klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, komanda beşgünlük istirahətin ardından bu gün ilk məşqinə çıxıb.

Hazırlıq prosesinin ikinci hissəsini Qəbələdə keçirməyi planlaşdıran kollektiv bu dönəmdə bir yoxlama matçında da qüvvəsini sınayacaq. Baş məşqçi Zaur Həşimovun yetirmələri oktyabrın 3-də Bakıda "İmişli" klubu ilə qarşılaşacaqlar.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
23 SENTYABR 2026
Bütün Xəbərlər