İstefa xəbərlərinə son nöqtə! Ehtiram Quliyev susqunluğunu pozdu
Sosial şəbəkələrdə və mediada “Turan Tovuz” klubunun rəhbəri Ehtiram Quliyevin vəzifəsindən istefa verəcəyi ilə bağlı məlumatlar yayılıb.
TodayPress TV-nin “Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, klub rəhbəri yayılan şayiələrə açıqlama verərək hazırda komanda daxilində heç bir narahatlığın olmadığını bildirib:
““Turan Tovuz” klubu vahid sistemdən idarə olunur. Əsas məqsədimiz Azərbaycan futbolunun, xüsusilə “Turan Tovuz” klubunun inkişafıdır. Bunun üçün bütün çalışmalarımız davam edir. Bütün gücümüzü “Turan Tovuz” – “Fənərbağça” oyununa yönəltmişik. Oktyabr ayında klubun idarə heyətinin toplanması nəzərdə tutulub. Orada müzakirə ediləcək məsələlərlə bağlı AFFA-nın da mövqeyi öyrəniləcək. Toplantıda klubun və idarə heyəti sədrinin gələcək taleyinə aydınlıq gələcək. Bundan sonra veriləcək qərar ictimaiyyətə elan ediləcək”, - deyə E. Quliyev vurğulayıb.
Namiq HUN