İstanbulun baş prokuroru yeni həbslərin anonsunu verdi
İdman
20.11.2025 16:31
Türkiyədə futbolda mərc əməliyyatları ilə bağlı istintaq davam edir.
TodayPress TV xəbər verir ki, İstanbul Cümhuriyyət Baş Prokurorluğu araşdırmanı genişləndirir və Baş prokuror Akın Gürlek növbəti günlərdə yeni əməliyyat ehtimalını istisna etməyib.
Türkiyə Futbol Federasiyasının(TFF) apardığı daxili araşdırmada 571 aktiv peşəkar hakimdən 371-nin mərc hesabı olduğu, onlardan 152-nin isə aktiv şəkildə mərc oynadığı açıqlanıb. Mərc oynadığı müəyyən edilən hakimlər PFDK-ya (Profesyonel Futbol Disiplin Kurulu) göndərilibş, 149 hakim və köməkçi hakimə 8-12 ay arası fəaliyyət qadağası verilib.
TFF daha sonra araşdırmanı genişləndirərək 1024 futbolçunu da PFDK-ya göndərib. Onlardan 102 nəfərə 45 gün ilə 12 ay arasında cəza tətbiq olunub.
İstanbul Baş Prokurorluğunun apardığı araşdırmanın ilk mərhələsində əksəriyyəti hakimlərdən ibarət olan 21 nəfər barəsində axtarış, müsadirə etmə və nəzarət tədbirləri tətbiq edilib. “Eyüpspor”un prezidenti də daxil olmaqla 8 nəfər həbs olunub.
Namiq HUN
tag: Türkiyə,TFF,Hakim,Cəza,Qərar,Todaypress.tv,
