İstanbul nəhəngləri hərəkətə keçdi: Hakan Çalhanoğlu Türkiyəyə qayıdır?

İstanbul nəhəngləri hərəkətə keçdi: Hakan Çalhanoğlu Türkiyəyə qayıdır?
28.09.2026 09:04 İdman

Türkiyənin "Qalatasaray", "Fənərbağça" və "Beşiktaş" klubları "İnter"in və Türkiyə millisinin yarımmüdafiəçisi Hakan Çalhanoğlunun müqavilə durumunu diqqətlə izləyirlər. 

TodayPress TV xəbər ver ir ki, bu barədə Türkiyənin "Fanatik" nəşri məlumat yayıb.

Bildirilib ki, 32 yaşlı futbolçuya xüsusilə "Qalatasaray" böyük maraq göstərir. Bununla yanaşı, İtaliyanın "Yuventus" klubu da son bir neçə aydır ki, təcrübəli yarımmüdafiəçinin durumunu nəzarətdə saxlayır.

İddia olunur ki, Hakan Çalhanoğlu ilə "İnter" rəhbərliyi arasında yeni müqavilə üzrə danışıqlarda irəliləyiş olmasa, "Yuventus" transfer mübarizəsinə rəsmən qoşula bilər. 

Qeyd edək ki, Hakan Çalhanoğlu 2021-ci ildən "İnter"də çıxış edir. Onun Milan təmsilçisi ilə hazırkı müqaviləsinin müddəti 2027-ci ilin yayına qədər nəzərdə tutulub. 

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
28 SENTYABR 2026
Bütün Xəbərlər