İstanbul klubunda böhran: Baş məşqçi ilə yollar ayrıldı

İstanbul klubunda böhran: Baş məşqçi ilə yollar ayrıldı
04.12.2025 13:28 İdman

“Kasımpaşa” klubu baş məşqçisi Şota Arveladze ilə yollarını ayırıb.

TodayPress TV klubun rəsmi saytın aistinadən xəbər verir ki, gürcüstanlı mütəxəssislə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Bu ilin iyun ayında bir illik müddətə “Kasımpaşa”da baş məşqçi postuna gətirilən Arveladze ona olan etimadı doğrulda bilməyib. 

Uğursuz mövsüm keçirən İstanbul təmsilçisi Superliqanın 14 turundan sonra 13 xalla 14-cü pillədə qərarlaşıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər