ISMF müraciəti müsbət qarşıladı

ISMF müraciəti müsbət qarşıladı
28.05.2025 10:23 İdman

Azərbaycan 2026-cı ildə Xizək Alpinizmi üzrə  Avropa  Çempionatı və Dünya Kuboku yarışlarına ev sahibliyi edəcək.   

TodayPress TV xəbər verir ki, Azərbaycan Qış İdman Növləri Federasiyasının Xizək Alpinizmi üzrə Avropa Çempionatı və Dünya Kubokunun Azərbaycanda keçirilməsi üçün Beynəlxalq Xizək Alpinizmi Federasiyasına (ISMF) ünvanladığı müraciət müsbət qarşılanıb. 

ISMF tərəfindən yarışların “Şahdağ” Turizm Mərkəzində  keçirilməsi ilə bağlı qərar qəbul edilib.   

Avropa Çempionatının 2026-cı ilin 4-8 mart, Dünya Kubokunun isə 6-8 mart tarixlərində “Şahdağ” Turizm Mərkəzində keçirilməsi nəzərdə tutulur.   

Namiq HUN

XƏBƏR LENTİ
18 IYUL 2026
Bütün Xəbərlər