İslamiada: İki güləşçimiz finala yüksəldi

İslamiada: İki güləşçimiz finala yüksəldi
20.11.2025 15:16 İdman

Səudiyyə Ərəbistanında keçirilən VI İslam Həmrəyliyi Oyunları davam edir. 

TodayPress TV xəbər verir ki, iki güləşçimiz Ər-Riyad turnirinin finalına yüksəlib.

Qadın güləşçilərin yarışında Ruzanna Məmmədova (62 kq) yarımfinalda özbəkistanlı Nigina Sabirovaya qalib gələrək finala vəsiqə qazanıb.

Sərbəst güləşçilərin turnirində isə İslam Bazarqanov (57 kq) yarımfinalda Əfqanıstan təmsilçisi Said Zazaini yenərək finala yüksəlib.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər