İslamiada: Azərbaycan qılıncoynadanları finala yüksəldi

İslamiada: Azərbaycan qılıncoynadanları finala yüksəldi
20.11.2025 17:31 İdman

Səudiyyə Ərəbistanında keçirilən İslam Həmrəyliyi Oyunları davam edir.  

TodayPress TV xəbər verir ki, Azərbaycan qılıncoynadanları Ər-Riyad turnirinin finalına yüksəlib.

Sablya növü üzrə qadınlardan ibarət komandamız yarımfinalda Türkiyəni 45:32 hesabı ilə məğlub edərək həlledici görüşdə iştirak hüququ qazanıb.

Palina Kaspiaroviç, Səbinə Kərimova və Zərifə Hüseynovadan ibarət yığma qızıl medal uğrunda Özbəkistan millisi ilə qarşılaşacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər