İsak Hacar "Red Bull" pilotu olacaq

İsak Hacar "Red Bull" pilotu olacaq
03.12.2025 04:34 İdman

Əlcəzairli avtoyürüşçü İsak Hacar "Formula-1"in 2026-cı il mövsümündə "Red Bull" komandasının heyətində çıxış edəcək.

TodayPress TV bildirir ki, bu barədə məlumatı "Red Bull"un Mətbuat Xidməti yayıb.

O, dördqat dünya çempionu Maks Ferstappenin komanda yoldaşı olacaq.

21 yaşlı Hacar "Formula-1"də 2025-ci il mövsümündə "Red Bull"un törəmə komandası olan "Racing Bulls"un heyətində debüt edib.

Pilotun ən yaxşı nəticəsi Niderland Qran-prisində üçüncü yer olub. "Racing Bulls"da Hacarı 18 yaşlı britaniyalı Arvid Lindblad əvəzləyəcək.

TodayPress TV

XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər