İrqçi hücum kameraya düşdü – Mbappeyə təhqir baha başa gələ bilər

İdman

27.02.2026 09:22

"Real Madrid" klubunun futbolçusu Kilian Mbappeyə qarşı irqçi hücum edən azarkeş bir ilədək həbs cəzası ala bilər.

TodayPress TV xəbər verir ki, bu barədə Mundo Deportivo nəşri məlumat yayıb.

Bildirilib ki, prokurorluq “Real Madrid”in hücumçusunu irqçi şəkildə təhqir edən şəxsə bir il həbs və 2880 avro məbləğində cərimə verilməsini tələb edir.

Məlumata görə, hadisə 24 avqust 2025-ci ildə “Nuevo Carlos Tartiere” stadionunda keçirilən “Real Ovyedo” – “Real Madrid” (0:3) matçı zamanı baş verib.

Azarkeş Mbappeni oyunun 37-ci dəqiqəsində qol vurduqdan sonra irqçi ifadələrlə təhqir edib. Hadisə anı kameralar tərəfindən qeydə alınıb və görüntülər sosial şəbəkələrdə yayılıb. Video bir neçə saat ərzində 300 min baxış toplayıb.

Namiq HUN

TodayPress TV

tag: Mbappe,Real Madrid,Futbol,Real Ovyedo,Todaypress.tv,