İnyaki Uilyams yenə futboldan kənarda qaldı

İnyaki Uilyams yenə futboldan kənarda qaldı
24.10.2025 13:15 İdman

UEFA Çempionlar Liqasının III turunda “Qarabağ”a qarşı matçda (3:1) zədələnən “Atletik Bilbao”nun kaptanı İnyaki Uilyamsın sağlamlıq durumu müəyyənləşib. 

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 

Bildirilir ki, İnyaki tibbi müayinədən keçib və onun sağ ayağının qasıq əzələsində zədə aşkarlanıb. Futbolçunun vəziyyəti qənaətbəxş qiymətləndirilsə də, onun bərpa müddəti barədə dəqiq məlumat verilməyib. 

Qeyd edək ki, İnyaki Uilyams bir müddət əvvəl də əzələ zədəsi səbəbindən yaşıl meydanlardan kənarda qalıb.

Namiq HUN

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər