İngiltərə futbolunun “qol maşını” tarix yazdı

İngiltərə futbolunun “qol maşını” tarix yazdı
03.12.2025 09:05 İdman

“Mançester Siti” klubunun hücumçusu Erlinq Haaland Premyer Liqada 100-cü qolunu vurub.

TodayPress TV xəbər verir ki, norveçli forvard Premyer Liqanın XIV turunda “Fulhem”lə səfər qaşılaşmasında bu göstəriciyə imza atıb. 

Erlinq Haaland Premyer Liqa tarixində bu rəqəmə ən tez çatan futbolçudur.

Qeyd edək ki, Haaland “şəhərlilər”ə 2022-ci ilin yayında qoşulub. Onun Mançester təmsilçisi ilə hazırkı müqaviləsi 2034-cü ilin yayına qədərdir.

Namiq HUN

TodayPress TV


XƏBƏR LENTİ
12 IYUN 2026
Bütün Xəbərlər