“İndiana” dördüncü oyunda da üstün oldu
ABŞ Milli Basketbol Assosiasiyasının (NBA) pley-offunun Şərq Konfransında keçirilən yarımfinal seriyasının dördüncü matçında “İndiana Peysers” doğma meydanda “Nyu-York Niks” üzərində 130:121 hesablı qələbə qazanaraq seriyada 3:1 önə keçib.
TodayPress TV xəbər verir ki, “Bankers Life Fieldhouse” qarşılaşmasının qəhrəmanı “İndiana”nın lideri Tayriz Halibörton olub.
O, 32 xal, 12 ribaund və 15 məhsuldar ötürmə ilə tripl-dabla imza atıb. Halibörtonun komanda yoldaşı Paskal Siakam 30, Bennedik Maturin isə 20 xalla seçilib.
Qonaq komanda “Nyu-York Niks”də Ceylen Branson 31 xalla komandasının ən məhsuldar oyunçusu olub.
Namiq HUN