“İmişli”nin yeni transferi ilə bağlı şok qərar verildi
“İmişli” futbol klubu bu yay heyətinə qatdığı Domingos Sengui Hermenegildo (Picas) ilə yollarını ayırıb.
TodayPress TV “Sport24.az”a istinadən xəbər verir ki, 25 yaşlı anqolalı futbolçunun tibbi müayinəsi zamanı hepatit aşkarlanıb.
Bu səbəbdən bölgə təmsilçisi futbolçu ilə bağlanmış müqaviləyə xitam verib.
Qeyd edək ki, Picas “İmişli” ilə 2+1 illik müqavilə imzalamışdı.
Namiq HUN