"İmişli"nin futbolçusu əməliyyat olundu

"İmişli"nin futbolçusu əməliyyat olundu
27.10.2025 20:40 İdman

Premyer Liqanın IX turunda "Kəpəz"lə matçda zədələnən "İmişli"nin futbolçusu Vüsal Qənbərov əməliyyat olunub.

TodayPress TV xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

O, qamış və incik sümüklərinin sınığı diaqnozu ilə əməliyyat keçirib. Əməliyyat uğurla həyata baş tutub və futbolçunun vəziyyəti stabildir.

Vüsal Qənbərov hazırda klubun tibbi heyətinin nəzarəti altındadır və yaxın günlərdə reabilitasiya mərhələsinə başlayacaq.

TodayPress TV

XƏBƏR LENTİ
16 IYUL 2026
Bütün Xəbərlər