İki güləşçimiz gümüş, biri bürünc medal qazandı

İki güləşçimiz gümüş, biri bürünc medal qazandı
20.11.2025 21:00 İdman

Azərbaycanın iki güləşçisi Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilən VI İslam Həmrəyliyi Oyunlarında gümüş medal qazanıb.

TodayPress TV xəbər verir ki, qadın güləşçisi Ruzanna Məmmədova (62 kq) və sərbəst güləşçi İslam Bazarqanov (57 kq) final görüşündə məğlub olaraq yarışın gümüş mükafatına sahib olublar.

68 kq çəki dərəcəsində mübarizə aparan Nigar Mirzəzadə isə bürünc medal uğrunda Banqladeş təmsilçisi Halima Akterlə qarşılaşmalı idi. Rəqib görüşə çıxmadığı üçün idmançımız yarışın bürünc medalına sahib olub.

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər