IFFHS siyahısında Azərbaycan imzası – “Qarabağ” zirvəyə doğru

IFFHS siyahısında Azərbaycan imzası – “Qarabağ” zirvəyə doğru
25.02.2026 11:56 İdman

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) 2021-ci il yanvarın 1-dən 2025-ci il dekabrın 31-dək olan dövrü əhatə edən dünya klub reytinqini təqdim edib.

TodayPress TV xəbər verir ki, siyahıda “Qarabağ” 768,75 xalla 71-ci pillədə qərarlaşıb.

Azərbaycanın digər klublarının mövqeləri belədir:

“Neftçi” – 300 xal (375-ci yer)

“Zirə” – 290,5 xal (399-cu yer)

“Sabah” – 283,25 xal (411-ci yer)

Qeyd edək ki, dünya reytinqinə 1753 xalla “Real Madrid” liderlik edir. İlk üçlükdə həmçinin “Mançester Siti” (1605 xal) və “Flamengo” (1536 xal) yer alıb.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
13 IYUN 2026
Bütün Xəbərlər