İbrahim Sanqarenin dublu “Qəbələ”ni növbəti mərhələyə daşıdı
Futbol üzrə Azərbaycan Kubokunun 1/4 finalına yüksələn daha bir komanda bəlli olub.
TodayPress TV xəbər verir ki, “Qəbələ” turnirdə iştirak hüququ qazanıb.
“Qırmızı-qaralar” 1/8 finalda I Liqa təmsilçisi “Şəfa”nı 2:1 hesabı ilə məğlub edib. Meydan sahiblərinin heyətində hər iki qolu İbrahim Sanqare vurub.
“Qəbələ” 1/4 finalda “Sabah” klubu ilə qarşılaşacaq.
Qeyd edək ki, daha əvvəl 1/8 final mərhələsində “Turan Tovuz” “Şahdağ Qusar”ı (2:1), “Zirə” “Neftçi”ni (1:0), “Şamaxı” “Baku Sportinq”i (1:0), “Sabah” “İmişli”ni (2:1), “Qarabağ” isə “Karvan-Yevlax”ı (3:0) məğlub edib.
Namiq HUN