“Hyuston”un gənc ulduzu tarix yazdı
ABŞ Milli Basketbol Assosiasiyasında (NBA) “Hyuston Rokets” klubunun şərəfini qoruyan türkiyəli basketbolçu Alpərən Şəngün çempionatın tarixinə düşüb.
TodayPress TV xəbər verir ki, o, gənclər arasında 5000+xal, 2500+ribaund və 1000+məhsuldar ötürməyə çatan üçüncü basketbolçu olub.
Şəngün göstəriciyə “Sakramento Kinqs”ə (121:95) qalib gəldikləri oyunda nail olub. 23 yaşlı basketbolçu həmin qarşılaşmada 28 xal, 10 ribaund və 3 assistlə yadda qalıb.
Qeyd edək ki, bu uğura daha əvvəl Lebron Ceyms və Yannis Adetokunbo imza atıb.
Namiq HUN