“Honda”nın ulduzuna nə olub? Səbəbi bilinməyən xəstəlik Joan Miri sıradan çıxardı!

“Honda”nın ulduzuna nə olub? Səbəbi bilinməyən xəstəlik Joan Miri sıradan çıxardı!
22.09.2026 16:53 İdman

“Honda HRC Castrol” komandasının pilotu Joan Mir 2026-cı il MotoGP üzrə dünya çempionatının 17-ci və 18-ci mərhələlərində iştirak etməyəcək. 

TodayPress TV xəbər verir ki, San-Marino Qran-prisində mübarizəni vaxtından əvvəl dayandıran və Avstriya mərhələsini buraxan ispaniyalı sürücü bir sıra tibbi müayinələrdən keçib.

MotoGP-nin baş həkimi Anxel Çarte idmançının səhhəti ilə bağlı rəsmi açıqlama verib:

“Bir neçə aydır ki, Joan Mir enerjisinə və iş qabiliyyətinə təsir edən müxtəlif simptomlardan əziyyət çəkir. Son vaxtlar bu simptomlar kəskinləşsə də, yaranma səbəbi hələ də müəyyən edilməyib. Əlamətlərin uzun sürməsi və intensivliyi ilə əlaqədar Mir dəqiq diaqnozun qoyulması məqsədilə «Dexeus» Universitet Xəstəxanasında müayinələrdən keçir.

Mövcud simptomları nəzərə alaraq, növbəti 15 gün ərzində ona tam sakitlik rejiminə riayət etməyi və müalicə kursu keçməyi tövsiyə etmişik. Bu səbəbdən onun Yaponiya və İndoneziya Qran-prilərində iştirak etməməsini məsləhət gördüm. Həkim heyətimiz onun vəziyyətini diqqətlə izləməyə davam edəcək”.

“Honda HRC” qarşıdakı mərhələlərdə Mirin əvəzinə çıxış edəcək pilotun adını yaxın zamanlarda açıqlayacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər