Hannibal Mejbri 4 oyunluq diskvalifikasiya aldı
“Börnli” klubunun yarımmüdafiəçisi Hannibal Mejbri rəqib azarkeşə qarşı qeyri-etik hərəkətinə görə 4 oyunluq diskvalifikasiya edilib.
TodayPress TV xarici KİV-ə istinadən xəbər verir ki, Premyer Liqanın VIII turunda “Lids”lə (2:0) oyundan sonra qonaq azarkeşlərdən biri futbolçunun ona tüpürdüyünü bildirib.
İngiltərə Futbol Assosiasiyası araşdırmalara başladıqdan sonra “Börnli”nin tunisli oyunçusu günahını etiraf edib.
O, 4 oyunluq cəza ilə yanaşı, 15 min funt-sterlinq cərimələnib.
Namiq HUN