Haalanddan etiraf: Qvardiola ilə işləmək möhtəşəmdir!

İdman

28.02.2026 10:41

“Mançester Siti”nin hücumçusu Erlinq Haaland komandanın baş məşqçisi Xosep Qvardiola ilə işləmək barədə fikirlərini bölüşüb.

TodayPress TV xəbər verir ki, o, TNT Sports-a müsahibəsində deyib.

Norveçli forvard bildirib ki, uğurun əsas səbəblərindən biri klub daxilində sağlam mühit və motivasiyadır:

“Yaxşı insanlar dedikdə, yalnız dostlarımı və ya yaxın çevrəmi nəzərdə tutmuram, klubdakı hər kəsi deyirəm. Bu qədər gözəl insanların olduğu komandada oynadığım üçün şanslıyam. Pep isə hər gün bizi daha yaxşı olmağa ruhlandırır”.

Haaland qeyd edib ki, artıq üç il yarımdır Qvardiola ilə birlikdə çalışır və bu dövrü möhtəşəm adlandırıb:

“Hamı bilir ki, hansı nəticələri əldə etmişik. Nə baş verməsindən asılı olmayaraq, irəliyə doğru hərəkət etməliyik. Mən özümə daha çox tələb qoymalı və digərlərinin inkişafına kömək etməliyəm”, – deyə o, bildirib.

Qeyd edək ki, Haaland və Qvardiola tandemi son illərdə “Mançester Siti”ni Avropanın ən güclü komandalarından birinə çevirən əsas amillərdən biri hesab olunur.

Namiq HUN

TodayPress TV

tag: Erlinq Haaland,Mançester Siti,Xosep Qvardiola,Klub,Todaypress.tv,