Haaland yedi, bütün ölkə təkrarladı: Norveçdə görünməmiş “yerkökü bumu”

Haaland yedi, bütün ölkə təkrarladı: Norveçdə görünməmiş “yerkökü bumu”
16.09.2026 09:57 İdman

“Mançester Siti”nin və Norveç milli komandasının hücumçusu Erlinq Haaland Dünya Çempionatı zamanı ölkəsində yerkökü istehlakının artmasına səbəb olub.

TodayPress TV xəbər verir ki, bu barədə "L'Équipe" nəşri məlumat yayıb.

Sağlam həyat tərzinə sadiqliyi ilə tanınan Haaland sosial şəbəkələrdə meditasiya və dəqiq yuxu rejimi kimi vərdişlərini tez-tez bölüşür. Onun qida rasionu protein və tərəvəzlərlə zəngin, bol, lakin balanslaşdırılmış yeməklərdən ibarətdir. Hücumçunun pəhrizində yerkökü xüsusi yer tutur - o, həddindən artıq şəkər qəbulunun qarşısını almaq üçün yerkökünü çiy halda şirniyyat və ya qəlyanaltı kimi istifadə edir.

Norveçin Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu yay “Norveç yerköküsü üçün əla mövsüm” olub. İstehsalçılar isə satışların kəskin artmasını birbaşa “Haaland effekti” ilə əlaqələndirirlər.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
16 SENTYABR 2026
Bütün Xəbərlər