Güləşçimiz dünya çempionatında bürünc medal qazandı

Güləşçimiz dünya çempionatında bürünc medal qazandı
27.10.2025 23:50 İdman

Azərbaycanın sərbəst güləşçisi Ali Tsokayev (86 kq) Serbiyanın Novi Sad şəhərində keçirilən U-23 dünya çempionatında bürünc medal qazanıb.

TodayPress TV xəbər verir ki, üçüncü yer uğrunda qarşılaşmada gürcüstanlı Tornike Samxaradzeyə 13:2 hesabı ilə qalib gələn təmsilçimiz bürünc medala sahib çıxıb.

Qeyd edək ki, daha əvvəl sərbəst güləşçilərimizdən Kənan Heybətov (70 kq) qızıl, Xetaq Karsanov (125 kq) isə gümüş medal əldə edib.

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər