Geyci Topuriyanı məğlub etdi - VİDEO
MMA döyüşcüsü Castin Geyci İlia Topuriyanı məğlub edərək UFC yüngül çəki titulunu qazanıb.
TodayPress TV xəbər verir ki, "UFC Freedom 250" turniri 14 iyun 2026-cı ildə Ağ Evin Cənub çəmənliyində keçirilib.
Əsas döyüşdə autsayder hesab olunan Geyci 4-cü raundun sonunda Topuriyanı ciddi zədələyib və rəqibin küncü döyüşü dayandırıb. Beləliklə, Topuriyanın məğlubiyyətsiz seriyası başa çatıb.
Döyüşdən sonra Geyci bu qələbəni “karyerasının zirvəsi” adlandırıb.
Qeyd edək ki, turnir ABŞ-nin 250 illiyi münasibətilə təşkil olunub və UFC tarixində Ağ Evdə keçirilən ilk peşəkar MMA tədbiri kimi yadda qalıb
Türkan İsgəndərli