"Süni intellekt sehr deyil" - Erol Gelenbe

"Süni intellekt sehr deyil" - Erol Gelenbe
14.10.2026 10:18 Sosial

ADA Universitetində təşkil olunan AICT2026 beynəlxalq konfransında çıxış edən tanınmış alim, professor Erol Gelenbe süni intellekt ətrafındakı yanlış təsəvvürlərə və texnologiyanın cəmiyyətə təsirlərinə aydınlıq gətirib.

TodayPress TV xəbər verir ki, çıxışında müzakirələri adiləşdirmək və sadələşdirməyin  vacibliyini qeyd edən Erol Gelenbe, bu yaxınlarda Hindistan Milli Elmlər Akademiyasında keçirdiyi mühazirəni xatırladaraq bildirib:

"Biz adətən süni intellektə sehrli bir şey kimi baxmağa vərdiş etmişik. Lakin mən məsələni hər kəsin anlaya biləcəyi sadə əsaslara gətirmək və insanları narahat edən məqamları aydınlaşdırmaq istəyirəm. Əlbəttə, hər bir yeni texnologiya cəmiyyətə daxil olduqda təhlükəsizlik, məlumatlara çıxış və proqramlaşdırma sistemlərinin idarə olunması kimi sahələrdə müəyyən yan təsirlər yaradır. Lakin vaxtaşırı olaraq reallığa qayıtmaq və prosesin kökünə nəzər salmaq lazımdır."

Maşın öyrənməsinin insanlarda niyə "intellektual" təəssürat yaratmasına toxunan alim əlavə edib:

"İnsanları maraqlı edən onların təkrarçı olmamasıdır. Süni intellekt və maşın öyrənməsi modelləri də məhz bu cür dəyişkənlik və çoxşaxəlik prinsipləri üzərində qurulduğu üçün bizdə intellekt təəssüratı yaradır."

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər