Moskva dronların hədəfində: Bir gecədə 493 PUA hücumu oldu - VİDEO

Moskva dronların hədəfində: Bir gecədə 493 PUA hücumu oldu - VİDEO
14.10.2026 09:50 Dünya

Rusiyanın paytaxtı Moskva və Moskva vilayəti gecə saatlarında kütləvi dron hücumuna məruz qalıb.

TodayPress TV xəbər verir ki, Moskva meri Sergey Sobyaninin sözlərinə görə, oktyabrın 13-ü saat 21:30-dan oktyabrın 14-ü saat 08:00-dək Moskva istiqamətində 493 pilotsuz uçuş aparatı (PUA) qeydə alınıb.

Sobyanin bildirib ki, dronların əksəriyyəti şəhərə çatmamış hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Moskva ətrafında isə 180 PUA vurulub.

Hücum təhlükəsi səbəbindən paytaxtın Vnukovo, Şeremetyevo, Domodedovo və Jukovski hava limanlarında uçuşlara müvəqqəti məhdudiyyətlər tətbiq olunub. Merin məlumatına görə, oktyabrın 14-ü saat 06:44-dən etibarən hava limanları normal fəaliyyətini bərpa edib.

Rusiya Müdafiə Nazirliyi də gecə ərzində ölkənin müxtəlif bölgələri üzərində çoxsaylı Ukrayna dronlarının vurulduğunu açıqlayıb.

Türkan İsgəndərli

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər