Növrəstə Yusifova vəfat etdi

Növrəstə Yusifova vəfat etdi
14.10.2026 10:12 Sosial

Birinci Qarabağ müharibəsi iştirakçısı, Azərbaycan ordusunun ilk qadın snayperi Növrəstə Yusifova vəfat edib.

TodayPress TV xəbər verir ki, bu barədə onun yaxınları məlumat paylaşıblar.

74 yaşlı veteran hərbçinin Bakıda xəstəlikdən dünyasını dəyişdiyi bildirilib.

Qeyd edək ki, N.Yusifova sovet illərində Bakıda qülləli kran maşinisti kimi çalışıb. Azərbaycanın 7-ci dərəcəli ilk qadın maşinisti olub.

Atıcılıq idman növü üzrə 1974-cü ildə Azərbaycan çempionatında ikinci, 1975-ci ildə isə birinci yerin qalibi olub. 17 mart 1992-ci ildə ilk xanım snayper olaraq orduda qeydiyyata alınıb. 1992-1994-cü illərdə Birinci Qarabağ müharibəsində snayper kimi iştirak edib.

Hərbçilər arasında “Xalaqızı” adı ilə tanınan Növrəstə Yusifova 1997-ci ildən Qarabağ Əlilləri və Veteranları Cəmiyyətinə sədrlik edirdi.

TodayPress TV

XƏBƏR LENTİ
14 OKTYABR 2026
Bütün Xəbərlər