Gərgin duel və böyük sevinc: “Zirə” penaltilər seriyasında adını növbəti mərhələyə yazdırdı!

Gərgin duel və böyük sevinc: “Zirə” penaltilər seriyasında adını növbəti mərhələyə yazdırdı!
25.09.2026 17:14 İdman

“Zirə” minifutbol klubu Çempionlar Liqasında 1/4 final mərhələsinə adlayıb.

TodayPress TV xəbər verir ki, 1/8 finalda Monteneqronun “Sbbet” komandası ilə üz-üzə gələn təmsilçimizin matçının əsas vaxtı 2:2 hesabı ilə başa çatıb. 

Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə daha dəqiq oynayan “Zirə” (3:1) növbəti mərhələyə vəsiqə qazanıb.

Qeyd edək ki, turnirdə ölkəmizi təmsil edən digər klublardan “Birbaşa Bakı” 1/8 finalda, “Aznur” isə qrup mərhələsində mübarizəni dayandırıb.

Namiq HUN

XƏBƏR LENTİ
26 SENTYABR 2026
Bütün Xəbərlər