Gənc hücumçu komandasını yalnız qoydu
“Çelsi” klubunun futbolçusu Liam Delap zədə səbəbindən ən azı 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.
TodayPress TV xəbər verir ki, bu barədə talkSPORT nəşri məlumat yayıb.
Hücumçu “Bornmut”la (0:0) matçda çiynini ciddi zədələyib. Delap uzunmüddətli bərpa prosesi keçəcək.
Qeyd edək ki, Liam cari mövsüm Premyer Liqada 8 oyuna çıxsa da, məhsuldarlığı ilə yadda qalmayıb.
Namiq HUN