Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı

Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı
24.08.2026 10:45 İdman

Azərbaycanda keçiriləcək 15 yaşadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalında ölkəmizi təmsil edəcək milli komandanın formalaşdırılması istiqamətində seçim prosesi davam edir.

TodayPress TV xəbər verir ki, avqustun 21-dən 23-dək AFFA-nın təşkilatçılığı ilə üçgünlük seçim turniri keçirilib.

Turnirdə ötən mövsüm Azərbaycan çempionatında ilk yeddi pillədə qərarlaşan klublarla yanaşı, “Turan Tovuz” və “Kəpəz” də iştirak edib.

Seçimlər AFFA-nın texniki direktoru Edmond Klausun rəhbərliyi ilə keçirilib. Prosesdə Məşqçilər Komitəsinin üzvləri, futbol mütəxəssisləri və Futbolun İnkişafı Departamentinin əməkdaşları da iştirak ediblər.

Turnirin yekunlarına əsasən, “Neftçi” birinci yeri tutub. “Sabah” ikinci, “Qarabağ” isə üçüncü olub.

Növbəti mərhələdə digər klubların da seçim prosesinə cəlb olunması nəzərdə tutulur. Belə ki, klublar 2011-ci il təvəllüdlü futbolçular üçün avqustun 28-də, 2012-ci il təvəllüdlü oyunçular üçün isə avqustun 29-da keçiriləcək seçimlərə hər yaş qrupu üzrə milli komandada oynamaq potensialına malik üç ən yaxşı futbolçunu təqdim edəcəklər.

Seçim prosesinin əsas məqsədi ölkə üzrə perspektivli futbolçuları müəyyənləşdirmək və oktyabrın 22-dən 31-dək keçiriləcək U-15 dünya çempionatı və festivalında Azərbaycanı layiqincə təmsil edəcək güclü milli komanda formalaşdırmaqdır.

Namiq HUN

TodayPress TV

FOTOLAR

Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı — 1
Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı — 2
Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı — 3
Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı — 4
Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı — 5
Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı — 6
Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı — 7
Gələcəyin futbolçuları meydanda: Azərbaycan millisində seçim həyəcanı — 8
XƏBƏR LENTİ
24 AVQUST 2026
Bütün Xəbərlər