Futbolçu cinayətkar dəstənin təcavüzünə məruz qaldı
Rusiyanın “Zenit” klubunun futbolçusunu qaçırmağa cəhd ediblər.
TodayPress TV Championat.com-a istinadən xəbər verir ki, futbolçu Aleksandr Mostovoy Sankt-Peterburq şəhərində yoldan təsadüfi keçənlərin köməyi ilə hücum edənlərdən qoruna bilib.
Bu hadisədən iki gün sonra – oktyabrın 25-də isə həmin dəstə başqa bir şəxsə hücum edərək ondan 10 milyon rubl (təxminən 210 min AZN) tələb edib.
Hücum edənlərin artıq saxlanıldığı bildirilir. Onların barəsində adam oğurluğu, buna cəhd və quldurluq maddələri ilə cinayət işi açılıb.
Namiq HUN