Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu

Frida Karlssonun kabusu davam edir: təqibçi qadağanı pozdu
18.08.2026 17:24 İdman

İkiqat Olimpiya çempionu, isveçli xizəkçi Frida Karlssonu təqib edən 66 yaşlı kişi idmançı ilə əlaqə saxlamasına dair məhkəmə qadağasını pozub. 

TodayPress TV xəbər verir ki, bu barədə “Expressen” məlumat yayıb.

2025-ci ilin aprelində həmin kişi xizəkçini qanunsuz şəkildə təqib etməkdə təqsirli bilinib. Məhkəmə ona şərti cəza və 40 min İsveç kronu məbləğində cərimə tətbiq edib. Həmçinin Karlssonla istənilən formada əlaqə saxlamasına qadağa qoyulub.

Lakin məhkəmə qərarından sonra da təqib davam edib. Həmin ilin sentyabrında xizəkçiyə yenidən SMS və sosial şəbəkələr vasitəsilə zənglər və mesajlar daxil olmağa başlayıb.

2026-cı ilin payızında məsələ ilə bağlı yeni məhkəmə prosesi keçiriləcək. Təqibçiyə 2025-ci ilin payızından etibarən Karlssonla əlaqə saxlamamaq barədə qadağanı dəfələrlə pozmaqla bağlı ittihamlar irəli sürüləcək.

Kişi özünü təqsirli bilmir. O, əlaqə saxlamasına dair məhkəmə qərarından xəbərsiz olduğunu və heç bir qaydanı pozmadığını iddia edir.

Namiq HUN

XƏBƏR LENTİ
18 AVQUST 2026
Bütün Xəbərlər