Fransız üzgüçü yeni dünya rekordunu müəyyənləşdirdi
Fransalı üzgüçü Leon Marşan Sinqapurda keçirilən dünya çempionatında 200 metr məsafəyə kompleks üzmə növündə çıxış edərək yarımfinalda yeni dünya rekordu qırıb – 1 dəqiqə 52,69 saniyə.
TodayPress TV xəbər verir ki, ikinci nəticəni ABŞ təmsilçisi Şeyn Kasas göstərib – 1 dəqiqə 55,13 saniyə, üçüncü yeri isə britaniyalı Dunkan Skott tutub – 1 dəqiqə 55,51 saniyə.
Töhfə Səməd