Fransada Zidan erası başladı: Tyerri Anri yeni təyinat haqqında danışmaq istəmədi
London “Arsenal”ı, “Yuventus” və “Barselona”nın keçmiş fransalı hücumçusu Tyerri Anri Zinəddin Zidanın rəhbərliyi altında Fransa milli komandasının gələcəyini müzakirə etməkdən imtina edib.
TodayPress TV xəbər verir ki, bu barədə İspaniyanın tanınmış “AS” nəşri məlumat ayyıb.
Bildirilir ki, Anri Zidanın gəlişi ilə başlayacaq yeni era barədə sualı qısa cavablandırıb:
“Bu, mənim mövzum deyil. Ona yalnız ən yaxşı arzularımı çatdıra bilərəm”.
Qeyd edək ki, Zinəddin Zidan 2026-cı ilin yayında Didye Deşamın gedişindən sonra Fransa milli komandasının baş məşqçisi postuna təyin olunub. Bu, Zidanın milli komandalar səviyyəsində ilk iş təcrübəsidir. Fransalı mütəxəssis daha əvvəl Madrid “Real”ını çalışdırıb və 2021-ci ildə kral klubundan ayrılıb.
Namiq HUN