“Formula-1”in görünməyən qəhrəmanları: Azərbaycanlı marşallar dünyada!

“Formula-1”in görünməyən qəhrəmanları: Azərbaycanlı marşallar dünyada!
08.09.2026 13:26 İdman

“Formula-1” üzrə dünya çempionatının Azərbaycan Qran-prisinin marşal proqramına 10 illik tarix ərzində 35 mindən çox müraciət daxil olub.

TodayPress TV Bakı Şəhər Halqası Əməliyyat Şirkətinə istinadən xəbər verir ki, yubiley yarışında 40 postda 1100 yerli marşalın iştirakı nəzərdə tutulur. 

Təşkilatçılıq işlərinə, həmçinin 40 ölkəni təmsil edən 110 beynəlxalq marşal cəlb olunacaq.

Qeyd edək ki, təcrübə qazanan azərbaycanlı marşallar artıq xarici yarışlara da ezam olunurlar. Hər il 25–30 yerli marşal müxtəlif ölkələrə səfər edir. Ötən müddət ərzində “Formula-1”in azərbaycanlı marşalları ABŞ, Əbu-Dabi və Monako Qran-prilərinin təhlükəsiz və nizamlı keçirilməsində iştirak ediblər.

Azərbaycan Qran-prisi sentyabrın 24-dən 26-dək keçiriləcək.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
08 SENTYABR 2026
Bütün Xəbərlər