“Formula-1”də Antonelli mübahisəsi: O, yeni Hemilton ola biləcəkmi?

“Formula-1”də Antonelli mübahisəsi: O, yeni Hemilton ola biləcəkmi?
22.09.2026 14:56 İdman

“Le-Manın 24 saatı” yarışının (LMGTE Pro sinfi) qalibi Aleks Linn hesab edir ki, “Mercedes”in gənc pilotu Andrea Kimi Antonellinin “Formula-1”dəki təsirli debütünə baxmayaraq, onu “nəslin istedadı” adlandırmaq hələ tezdir.

TodayPress TV xəbər verir ki, bu barədə “RacingNews365” nəşri məlumat yayıb. 

Linn italiyalı pilotun potensialını yüksək qiymətləndirsə də, bu status üçün böyük uğurların vacibliyini vurğulayıb:

“Düşünmürəm ki, onun bacarığı ilə bağlı şübhə qalıb. Amma “nəslin istedadı” məsələsinə gəlincə… Zənnimcə, özündən “Sən özünü belə hesab edirsən?” deyə soruşsanız, yəqin ki, cavabı belə olar: “Xeyr, mən buna hələ çox uzağam”. Yəqin ki, mən də razılaşaram ki, bəlkə də o, artıq bu səviyyədən o qədər də uzaqda deyil. Lakin nəslin istedadı adlandırılmaq üçün çoxqat dünya çempionu olmaq və hər mövsüm müntəzəm olaraq elə yarışlar keçirmək lazımdır ki, hamı “Bu möcüzə idi” desin.

Məsələn, biz neçə dəfə Lyuis Hemiltonun tamamilə inanılmaz şou göstərdiyinin şahidi olmuşuq? Zaman keçdikcə bu artıq onun üçün adi bir hala çevrildi. Düşünürəm ki, Antonelli özü də deyərdi: “Xeyr, məni şəxsən belə bir istedad adlandırmaları üçün hələ biraz yol keçməliyəm””.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
22 SENTYABR 2026
Bütün Xəbərlər