“Formula-1” yeni dövrə çətinliklərlə başlayır

İdman

24.02.2026 15:12

“Formula-1” Komissiyası 2026-cı il mövsümünün əvvəlində bolidlərin texniki problemlərlə üzləşəcəyi ehtimalını nəzərə alaraq ehtiyat planı hazırlayıb. 

TodayPress TV xəbər verir ki, bu barədə Autoracer məlumat yayıb.

Bildirilib ki, əsas problem enerji çatışmazlığıdır. Yeni güc qurğularında istilik enerjisinin rekuperasiya sistemi ləğv edildiyi üçün bolidlər dövrə ərzində elektrik enerjisinin tam gücünü davamlı şəkildə təmin edə bilmir. Pilotlar xüsusilə sürətli traslarda güc itkisi riskindən narahatdırlar. 

Kompromis variant kimi rekuperasiya sisteminin maksimal gücünün müvəqqəti azaldılması təklif olunur. Layihəyə əsasən 350 kVt nəzərdə tutulan limit 300 kVt və ya daha aşağı səviyyəyə endirilə bilər.

“B planı” elektrik payının maksimal gücdəki payının dəyişdirilməsini nəzərdə tutur ki, bu da rekuperasiya sisteminin daha uzunmüddətli istifadəsinə və bolidlərin idarəetməsinin daha stabil olmasına imkan verəcək. Bunun nəticəsində bir dövrədə 1,5–2,5 saniyəlik sürət itkisi mümkündür.

Bəhreyndə keçirilən testlər zamanı komandalar 50, 100 və 150 kVt-lıq süni güc məhdudiyyəti şəraitində məlumat toplayıblar. Ekspertlərin fikrincə, bu addımlar bolidlərin ümumi sürətinə ciddi təsir göstərməsə də, pilotların ənənəvi idarəetmə üslubunu qorumağa kömək edə bilər.

Namiq HUN

TodayPress TV

tag: Formula-1,2026,Komissiya,Bolid,Todaypress.tv,