"Formula-1" üzrə 20-ci mərhələ start götürdü

"Formula-1" üzrə  20-ci mərhələ  start götürdü
26.10.2025 13:15 İdman

Meksika Qran-prisi oktyabrın 24-də Mexikoda yerləşən Rodriqes qardaşları avtodromunda start götürüb.

TodayPress TV xəbər verir ki, bu yarış 2025-ci il “Formula-1” dünya çempionatının 20-ci mərhələsidir.

Hazırda ümumi sıralamada “Maklaren” komandasından Oskar Piastri liderlik edir. Komanda yoldaşı Lando Norris ondan 14 xal geri qalır, “Red Bull” pilotu Maks Ferstappen isə 40 xal fərqlə üçüncü yerdədir.

Meksika Qran-prisi 23 illik fasilədən sonra 2015-ci ildə çempionat təqviminə qayıdıb. Keçmiş qaliblər arasında Niko Rosberq, Lüis Hemilton, Maks Ferstappen və Karlos Sayns var. Ferstappen son dörd mövsümdə (2021–2024) qalib gəlib.

Jalə Rövşən

TodayPress TV

XƏBƏR LENTİ
15 IYUL 2026
Bütün Xəbərlər