“Formula 1”: Sıralama turunu Karlos Sayns qazandı

“Formula 1”: Sıralama turunu Karlos Sayns qazandı
20.09.2025 18:15 İdman

Bakı trekində “Formula 1” üzrə Azərbaycan Qran-prisində sıralama turu başa çatıb.

TodayPress TV xəbər verir ki, üç sessiyanın yekununda ən yaxşı nəticəyə “Uilyams” komandasından Karlos Sayns imza atıb.

Ötən gün birinci və ikinci sınaq yürüşlərində müvafiq olaraq “Mclaren”dən Lando Norris və “Ferrari”dən Lyuis Hemilton ən yaxşı nəticəni göstərib. Üçüncü sərbəst yürüşdə də Norris fərqlənib.

Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 21-də başa çatacaq.

Namiq HUN

TodayPress TV

XƏBƏR LENTİ
17 IYUL 2026
Bütün Xəbərlər