“Formula 1”: İkinci sərbəst yürüşü “Ferrari” pilotu qazandı
Bakı trekində “Formula 1” üzrə Azərbaycan Qran Prisində ikinci sərbəst yürüş başa çatıb.
TodayPress TV xəbər verir ki, yürüşdə ən yaxşı nəticəni “Ferrari” pilotu Lyuis Hemilton göstərib.
Onun komanda yoldaşı Şarl Lekler ikinci, “Mercedes” pilotu Corc Russell isə üçüncü olub.
Qeyd edək ki, ilk sərbəst yürüşdə ən yaxşı nəticəni “Maklaren” pilotu Lando Norris göstərib.
“Formula 1” üzrə Azərbaycan Qran Prisi sentyabrın 21-də başa çatacaq.
Namiq HUN