Stubb: "Ukraynada münaqişənin hərbi yolla həlli gözlənilmir"

Stubb: "Ukraynada münaqişənin hərbi yolla həlli gözlənilmir"
28.10.2026 07:50 Dünya

Ukrayna münaqişəsinin nəticələrindən hamı əziyyət çəkir və onun hərbi yolla həlli gözlənilmir.

TodayPress TV xəbər verir ki, Finlandiya Prezidenti Aleksandr Stubb Rusiya Prezidenti Vladimir Putinlə Norveçin Baş naziri Yonas Qar Störe ilə birlikdə apardığı söhbətdən sonra “X” sosial şəbəkəsində paylaşım edib.

“Bu müharibənin nəticəsi Finlandiya və Norveçin təhlükəsizliyinə, daha geniş mənada isə bütün Avropanın təhlükəsizliyinə birbaşa təsir edəcək. Hazırkı mərhələdə dialoqdan yayınmaqla sülhə nail olmaq mümkün deyil. Müharibənin başa çatması birbaşa danışıqlar tələb edəcək. Bu, Finlandiyanın maraqlarına uyğundur”, - deyə Stubb qeyd edib.

Prezident həmçinin vurğulayıb ki, o və Störe Putinlə Avropanın nümayəndələri kimi deyil, öz ölkələrinin liderləri kimi danışıblar.

Finlandiya Prezidenti Rusiyanın qonşuları olan Finlandiya və Norveç üçün Moskva ilə öz mövqelərinə və prinsiplərinə əsaslanaraq danışmağın vacib olduğunu bildirib.

Aysel Mətləb

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər