ABŞ İrana qarşı müharibəyə hazırlaşır? - İsrailə əlavə “Patriot” sistemləri göndərilir

ABŞ İrana qarşı müharibəyə hazırlaşır? - İsrailə əlavə “Patriot” sistemləri göndərilir
28.10.2026 08:27 Dünya

ABŞ İsrailin hava hücumundan müdafiə imkanlarını gücləndirmək üçün ölkəyə əlavə “Patriot” sistemləri göndərmək qərarına gəlib.

TodayPress TV xəbər verir ki, bu barədə "The Wall Street Journal" (WSJ) mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin məlumatına görə, sistemlər Texasdan Yaxın Şərqə köçürülür. Bundan əlavə, noyabr ayında bölgəyə daha bir ABŞ aviadaşıyıcı döyüş qrupunun gəlməsi gözlənilir. Yeni qüvvələrin artıq regionda olan təxminən 20 Amerika hərbi gəmisinə qoşulacağı bildirilir.

WSJ yazır ki, Vaşinqton bu addımları İranla hərbi qarşıdurmanın yenidən başlaması ehtimalına qarşı hazırlıq çərçivəsində atır. ABŞ mümkün ssenarilərə uyğun müxtəlif hərbi variantları nəzərdən keçirir.

Bundan əvvəl, oktyabrın 24-də "CNN" ABŞ-nin Yaxın Şərqdəki bəzi ölkələrdən diplomatlarını və onların ailələrini təxliyə etməyə başladığını bildirmişdi. Telekanalın mənbələrinə görə, bu qərar İranın mümkün hücumlara hazırlığı ilə bağlı narahatlıqlarla əlaqələndirilirdi.

Türkan İsgəndərli

TodayPress TV

XƏBƏR LENTİ
28 OKTYABR 2026
Bütün Xəbərlər