“Forest” qiyməti qaldırdı, “Siti” geri çəkildi: mega-transfer dalana dirəndi
İdman
06.12.2025 13:30
“Mançester Siti” klubunun 115 milyon avro dəyərində qiymətləndirilən Andersonun transferi ilə bağlı mövqeyi məlum olub.
TodayPress TV “Football Insider”ə istinadən xəbər verir ki, “Nottingham Forest”in yarımmüdafiəçisi Elliot Anderson “Mançester Siti”nin əsas transfer hədəfidir.
“Şəhərlilər” 23 yaşlı futbolçu uğrunda “Mançester Yunayted”lə mübarizə aparırlar.
Bildirilir ki, “meşəçilər” ingilis futbolçunun transfer qiymətini 115 milyoln avroya qədər qaldıra bilərlər. “Şəhərlilər” Andersonla maraqlansalar da, mövsümün ortasında bu məbləği xərcləmək istəmirlər. Bu səbəbdən qış transferində onun keçidi real görünmür. Elliotun özü “Mançester Yunayted”ə yox, məhz “şəhərlilər”ə transferə üstünlük verir.
Qeyd edək ki, cari mövsümdə Anderson bütün turnirlərdə 18 matçda iştirak edib. O, bu görüşlərdə 1 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb. Futbolçunun klubla hazırkı müqaviləsi 2029-cu ilin yayına qədər nəzərdə tutulub. Transfermarkt portalında yarımmüdafiəçinin bazar dəyəri 45 milyon avro qiymətləndirilir.
Namiq HUN
tag: Mançester siti,Anderson,Transfer,Mançester Yunayted,Todaypress.tv,
