Flik komandanı dəmir intizama salır
İdman
24.02.2026 15:44
Almaniyalı mütəxəssis Hans-Diter Flik “Barselona” futbolçularına gecikmələrə görə yüksək məbləğdə cərimələr tətbiq edib.
TodayPress TV xəbər verir ki, bu barədə Sport.es nəşri məlumat yayıb.
Hücumçu Ferran Torres müsahibəsində baş məşqçinin komandada yeni intizam qaydaları tətbiq etdiyini açıqlayıb.
Artıq məşqlərə və komanda iclaslarına gecikən oyunçuları ciddi maliyyə sanksiyaları gözləyir. Xüsusilə oyun günü gecikmə halında cərimə məbləği 40 min avro təşkil edir. Flik sərt intizamı ilə tanınır və Torresin sözlərinə görə, Kataloniya futboluna xas daha sərbəst mühitə baxmayaraq, alman mütəxəssis prinsipial yanaşmasını davam etdirir.
Qeyd edək ki, Flik 2024-cü ilin yayından “Barselona”ya rəhbərlik edir. Bu müddətdə komanda onun rəhbərliyi altında keçirdiyi 99 oyunda 74 qələbə qazanıb, 9 dəfə heç-heçə edib, 16 qarşılaşmada isə məğlub olub. Flik ötən mövsüm “Barselona”ya La Liqa çempionluğunu qazandırıb.
Namiq HUN
tag: Hans-Diter Flik,Barselona,Cərimə,İntizam,Todaypress.tv,
